Icma.az bildirir, Sportal.az portalına istinadən.
Pedri “Barselona” tarixində yeni rekord müəyyən edib.
Sportal.az xəbər verir ki, Pedri klubun əsas komandasında 200 oyun keçirən ən gənc futbolçu olub. Yarımmüdafiəçi La Liqanın 36-cı turunda “Espanyol”a qarşı oyuna start heyətində çıxmaqla yubiley oyununu keçirib. Oyun zamanı Pedrinin 22 yaş 171 günü var idi və bu göstərici ilə o, Lionel Messini geridə qoyub. Messi 200-cü oyununu 22 yaş 273 gündə oynamışdı.
Bu rekord Pedrinin klub üçün nə qədər vacib bir oyunçu olduğunu və ona nə qədər etibar göstərildiyini bir daha sübut edir.
saytlarin hazirlanmasi