Pedri: “Qisasımızı alacağıq”

01.10.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona”nın futbolçusu Pedri Çempionlar Liqasında bu gün PSJ-yə qarşı keçirəcəkləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Paris klubu ilə matç haqda bunları deyib:

“2024-cü ildə 1/4 finalda PSJ səddini aşa bilməmişdik. Həmin məğlubiyyətlərin qisasını almaq istəyirik. PSJ dünyanın ən yaxşı komandalarından biridir. Bu tərz oyunlar çox maraqlı keçir. Meydanda hər andan zövq almağa çalışacağıq”.

Bu gün keçiriləcək “Barselona” – PSJ oyununa saat 23:00-da start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью