Pedri: UEFA onun barəsində ölçü götürməlidir

07.05.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Barselona"nın futbolçusu Pedri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarında keçirilən "İnter" – "Barselona" matçının (4:3) baş hakimi Şimon Marçinyakdan danışıb. 

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi deyib: 

"Komanda ilə fəxr edirəm. Biraz məyusam, çünki hesabda geri olanda bərabərlik qolunu vurmağa nail olduq. Birinci hal deyil ki, bu hakimlə və "Barselona"ya qarşı mübahisəli qərarlar olur. UEFA onun barəsində ölçü götürməlidir. Bütün 50-nin 50-ə olan epizodlar "İnter"in xeyirinə idi. Laminin əvvəlcə penalti, sonra cərimə zərbəsi verilən epizodunda hakim Mxitaryana ikinci sarı vərəqə göstərmədi". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью