Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir

01.04.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona"nın sabiq hücumçusu Luis Suares Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin işini dəyərləndirib. 

QOL.az xəbər verir ki, o, bu barədə bloger Davao Kseneyzuya açıqlamasında deyib: 

"Flikin "Barselona"sı mənim çox xoşuma gəlir. Komanda effektivdir və yüksək səviyyədə oynayır. İki futbolçu var ki, onlar komanda üçün həqiqətən həlledici əhəmiyyətə malikdirlər: Pedri və Lamin Yamal. Bununla yanaşı, Rafinya və Levandovski kimi digər önəmli oyunçular da var, amma Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir". 

Qeyd edək ki, uruqvaylı futbolçu 2014-2020-ci illərdə "Barselona"da çıxış edib. O, hazırda "İnter Mayami"dədir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью