Pedro Bikalyo “Qarabağ”da qalacaq? 5 klubdan transfer siqnalı

22.12.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Pedro Bikalyonu heyətinə qatmaq istəyən klubların sayı durmadan artır. Spor24.az xəbər verir ki, bu barədə Braziliyanın "Lance" nəşri məlumat yayıb.
Bildirilib ki, ölkənin "İnternasional", "Botafoqo" və "Kruzeyro" komandaları 24 yaşlı yarımmüdafiəçini heyətə cəlb etmək niyyətindədir.
Bundan əlavə, Türkiyənin "Sivasspor" və Portuqaliyanın "Braqa" klubları da braziliyalı oyunçu ilə maraqlanırlar.
Qeyd edək ki, Pedro Bikalyo bu ilin yayında "Qarabağ"a keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью