Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ” futbol komandasının braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo klubla müqaviləsini yeniləyib.
İdman.Biz xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentliyi məlumat yayıb. Agentlik paylaşımında Bikalyo ilə “Qarabağ” arasında müqavilənin daha üç il müddətinə uzadıldığını açıqlayıb.
Paylaşımda Pedro Bikalyo komandanın əsas oyunçularından biri kimi təqdim olunub və onun xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksək səviyyəli çıxışı qeyd edilib.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi ötən ilin yayında “Qarabağ”a qoşulub. Həmin vaxt Ağdam təmsilçisi ilə üç+bir illik müqavilə imzalayıb.