Pedro Bikalyo “Qarabağ”dan ayrıla bilər

11.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” qış transfer pəncərəsində daha bir futbolçusu ilə yollarını ayıra bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Pedro Bikalyonun Ağdam təmsilçisindən ayrılmaq ehtimalı var.

Klubla 2029-cu ilin yayınadək müqaviləsi olan braziliyalı yarımmüdafiəçi ölkəsinə qayıda bilər.
İlin əvvəlində Braziliyanın “Botafoqo” klubu 25 yaşlı futbolçu üçün 1,5 milyon dollar təklif etsə də, “Qarabağ” bu məbləğlə razılaşmamışdı.
Hazırda Bikalyoya Macarıstanın “Ferentsvaroş” klubu da maraq göstərir. UEFA Avropa Liqasının əsas mərhələsində ilk dörd oyunun hamısında qələbə qazanan macarlar qış transfer pəncərəsində “Qarabağ”a müraciət etmək niyyətindədir.
Ağdam klubunun rəhbərliyi isə gözlədiyi məbləğdə təklif alacağı təqdirdə Bikalyonun satışına qarşı deyil. Komandanın digər oyunçusu Marko Yankoviçin də ayrılacağı gözlənilir.

Qeyd edək ki, Pedro Bikalyo 2025-ci ildən “Qarabağ”da çıxış edir. O, komandanın 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasındakı uğurlu çıxışında əsas pay sahiblərindən biri olub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью