Pedro Bikalyonun son vəziyyəti bəlli oldu

25.08.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyonun son vəziyyətinə aydınlıq gəlib.

Klubün mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, braziliyalı futbolçu artıq zədə problemini geridə qoyub.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu - "Tvente" ilə səfər qarşılaşmasını kənardan izləyən Pedro kollektiv məşqlərə başlayıb. Onun cavab qarşılaşmasında meydana çıxmaq ehtimalı yüksəkdir.

Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun 20:00-da start götürəcək.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью