Pedro “Latsio”dan ayrılır

09.05.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Latsio"nun ispaniyalı ulduzu Pedro Rodriges İtaliya klubunu tərk etməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, onun klubdakı gələcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Məlumata görə, futbolçu yaxın günlərdə İspaniyaya yollanacaq. O, peşəkar karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı yekun qərarını məhz orada, ailəsi və yaxınları ilə məsləhətləşdikdən sonra verəcək.

Artıq vida hazırlıqlarına başlayan Pedro komanda yoldaşlarını və klubun inzibatı heyətini xüsusi mərasimə dəvət edib. Vida gecəsinin təqvimi də bəllidir: tədbirin "Roma" ilə keçiriləcək gərgin derbi qarşılaşması və "Piza" ilə oyun arasındakı müddətdə baş tutacağı gözlənilir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью