Icma.az, Fanat portalına istinadən məlumat yayır.
“Barselona” qış transfer dönəmi üçün yeni hücumçu axtarışını davam etdirir.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi “Çelsi”nin portuqaliyalı vingeri Pedro Netunu heyətinə qatmaq istəyir.
İspaniya mətbuatının məlumatına görə, “Barselona”nın idman direktoru Deku uzun müddətdir Netunu izləyir və onun oyun üslubuna xüsusi rəğbət bəsləyir. Klub rəhbərliyi sürət, ikili mübarizələrdə üstünlük və kreativlik baxımından 24 yaşlı vingeri ideal hədəf kimi görür.
“Çelsi”nin Netunu buraxıb-buraxmayacağı isə indilikdə bəlli deyil. London təmsilçisinin futbolçu üçün yüksək məbləğ tələb edə biləcəyi bildirilir. Katalon klubunun maliyyə imkanları nəzərə alınarsa, transfer yalnız xüsusi ödəniş planı ilə mümkün ola bilər.
Kamil Xudiyev