Pedro Sançes: “Qatar qəzasının səbəbi müəyyən ediləcək”

29.10.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

“Əgər səhlənkarlıq olubsa, müəyyən ediləcək”

İspaniyanın Baş naziri Pedro Sançes Toledo əyalətindəki qatar qəzasının səbəbinin müəyyən ediləcəyinə söz verib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Baş nazir faciənin səbəbinin müəyyən edilməsi üçün işlərin davam etdiyini deyib: "Və biz bunu sona qədər görəcəyik. Əgər səhlənkarlıq olubsa, müəyyən ediləcək. Aydındır ki, yüksək sürətli dəmir yolu şəbəkəsində bir ildə iki dəhşətli faciə yaşamışıq".

Qeyd edək ki, dünən səhər Toledo əyalətinin Urda şəhəri yaxınlığında (Kastilya-La Mança muxtar icmasında) Madriddən Sevilyaya gedən iki sərnişin qatarı arasında toqquşma baş verib. Qatarlarda ümumilikdə 540-dan çox sərnişin olub. Qəzada bir qatarın iki vaqonu relsdən çıxıb. Son məlumatlara görə, ən azı 68 nəfər ölüb.

Xatırladaq ki, bu il yanvarın 18-də Adamus şəhəri yaxınlığında (Andalusiyanın muxtar icmasında) Malaqadan Madridə təxminən 300 nəfəri daşıyan İryo qatarı relsdən çıxaraq Madriddən Huelvaya gedən Renfe qatarının istifadə etdiyi bitişik relslərə sürüşüb. İkinci qatar da relsdən çıxaraq 46 nəfərin ölümünə səbəb olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью