Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

04.10.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Pegasus aviaşirkəti “Czech Airlines” və “Smartwings” şirkətlərinin alınması üzrə sövdələşməni tamamlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
 

2025-ci ilin dekabrında elan edilən sövdələşmənin dəyəri 154 milyon avro təşkil edib. Nəticədə Pegasus “Pegasus Europe B.V.” törəmə şirkəti vasitəsilə “Smartwings Group”un 100 faiz səhmlərinə sahib olub.


Sövdələşmənin Pegasusun Avropadakı mövcudluğunu gücləndirəcəyi və beynəlxalq uçuş şəbəkəsini genişləndirəcəyi gözlənilir. Bununla belə, Pegasus və Smartwings ayrı-ayrı brendlər kimi fəaliyyətlərini davam etdirəcəklər.
Birləşmiş qrupun 175-dən çox təyyarəsi və sifarişdə olan təxminən 140 təyyarəsi olacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью