Pəhləvi iranlıları üsyana çağıracaq: “Vaxtı gələndə”

29.03.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi mühafizəkarların ABŞ-dəki ən böyük illik toplantılarından birində yeni İran hökumətinə rəhbərlik etməyə hazır olduğunu və vaxt gələndə ölkə vətəndaşlarını üsyana çağıracağını bildirib.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Associated Press” agentliyi yazır. 

R.Pəhləvi 1979-cu ildə İslam teokratiyası hakimiyyətə gələndə devrilmiş monarx Şahın oğludur. O, İranda əlli ildir yaşamır, lakin Texasda keçirilən mühafizəkar siyasi konfransda iştirak edib.

O, ABŞ Prezidenti Donald Trampı İrana hücum etdiyinə görə tərifləyib və ölkənin bir gün ABŞ-nin müttəfiqi ola biləcəyini irəli sürüb.

"Təsəvvür edə bilərsinizmi ki, İran " Amerikaya ölüm”dən (İranda islan inqilabından sonra səslənirilən məşhur şüar- red.) "Tanrı Amerikaya xeyir versin"ə keçsin?",- deyə o bildirib.

"Prezident Tramp Amerikanı yenidən böyük edir. Mən İranı yenidən böyük etmək niyyətindəyəm",-deyə Pəhləvi vurğulayıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью