GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın son şahının oğlu Rza Pəhləvi İran İslam Respublikasının ali rəhbəri Əli Xameneini “antiiranlı cinayətkar” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, 20 yanvar 2026-cı il tarixində yayımladığı yeni video müraciətində deyib.
O, Əli Xameneiyə ağır ittihamlar səsləndirib: “Əllərin on minlərlə iranlının qanına batıb, uşaqların, gənclərin, günahsız insanların qanına.
Sən, rejimin və bütün muzdlu adamların tökdüyünüz hər bir damla qana görə cavab verəcəksiniz.
Biz nə bağışlayırıq, nə unuduruq, nə də geri çəkilirik”, – deyə qeyd edib.
O, həmçinin İran xalqını “İranın övladlarının yasını tutan” insanlar kimi xarakterizə edib, onları kədərdən qəzəb yaratmağa və son döyüş üçün yenidən küçələrə çıxmağa çağırıb: “Siz tək deyilsiniz.
Hazır olun. Tehranın fəthi və İranın azadlığı üçün küçələrə qayıdış anı gələcək. Bu rejim çatlayıb. Onun gücü tükənib, süqutu başlayıb.