Pekin ABŞ dən qisas alır: TikTok un satışı dayandırıldı

05.04.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin rəhbərliyi ABŞ-da TikTok-un aktivlərinin satışı ilə bağlı planlaşdırılan razılaşmanı dondurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, söhbət TikTok-un aktivlərinin ABŞ-da yeni yaradılacaq şirkətə ötürülməsindən gedirdi. Yeni qurum əsasən amerikalı investorların nəzarətində olmalı idi, Çin şirkəti "ByteDance" isə cəmi 20 faizdən az səhmə sahib olacaqdı.

Lakin Donald Trampın qarşılıqlı gömrük rüsumları tətbiq etməsindən sonra Çin hökuməti açıq şəkildə bu razılaşmanı təsdiqləməyəcəyini bəyan edib.

Pekinin bu addımı Vaşinqtona siyasi və iqtisadi təzyiq kimi dəyərləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью