Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli şirkətlərin hüquqlarını qorumaq üçün Çin hakimiyyəti Avropa İttifaqının 18-ci anti-Rusiya sanksiyalar paketinə qətiyyətli tədbirlərlə cavab verəcək.
Reyting.az bildirir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Pekin təkid edir ki, Avropa tərəfi Çin müəssisələrini və maliyyə institutlarını sanksiya siyahısına daxil etmək kimi səhv hərəkətlərdən dərhal imtina etməlidir.
Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Mavrikiyadan olan 18 şirkət qadağalarla üzləşib.
ELÇİN