Pekin əhalisinin üçdə birinin 2035 ci ilə qədər 60 yaş və yuxarı olacağı proqnozlaşdırılır

20.10.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beijing Daily qəzetinin məlumatına görə, 2035-ci ilin sonuna qədər 60 və yuxarı yaşda olan vətəndaşların sayı 5,29 milyona çatacaq. 60 və yuxarı yaşda olan əhali şəhər əhalisinin təxminən dörddə birini təşkil edir və bu nisbətin 10 il ərzində üçdə birinə qədər artacağı proqnozlaşdırılır. Şəhər rəhbərliyi minimum pensiyanın artırılması da daxil olmaqla, yaşlı əhalini dəstəkləmək üçün tədbirlər planlaşdırır.

2022-ci ildən bəri dörd ildir azalan Çinin materik əhalisinin 2035-ci ildə 1.404.890.000 nəfərə çatacağı proqnozlaşdırılırdı. Əhalinin yaş qruplarına görə bölgüsü baxımından, "işlək yaş" kimi müəyyən edilən 16-59 yaş arası əhali 851.36 milyon nəfərlə 60.6 faiz, 60 və yuxarı yaş arası əhali isə 323.38 milyon nəfərlə 23% təşkil edir. Analitiklərə görə, Çin uzunmüddətli demoqrafik dəyişikliyə qədəm qoymuş kimi görünür, burada əhalisi tədricən qocalacaq və işlək yaşda olan əhalinin payı tədricən azalacaq.

2016-cı ildən bəri əhali artımının yavaşladığı Çində ölkə əhalisi ilk dəfə 2022-ci ildə azalıb. Doğum nisbətinin 2025-ci ildə hər min nəfərə 5,63-ə düşəcəyi proqnozlaşdırılırdı ki, bu da 1949-cu ildə milli qeydlərin başlamasından bəri ən aşağı səviyyədir.

Çin hökuməti 1980-ci illərdən bəri tətbiq olunan "bir uşaq" siyasətindən imtina edərək əvvəlcə 2016-cı ildə uşaq sahibi olmaq limitini ikiyə qaldırdı, sonra isə 2021-ci ildə ailələrin üç uşaq sahibi olmasına icazə vermək üçün qanuna düzəliş etdi.

Ailələri uşaq sahibi olmağa təşviq etməyə yönəlmiş siyasətlərə baxmayaraq, iqtisadi artımın yavaşlaması və artan yaşayış və uşaq böyütmə xərcləri gənc nəsillər arasında tərəddüd yaradır.Əhalinin qocalması ilə birlikdə əhalinin azalmasının gələcəkdə Çinin işçi qüvvəsi potensialının azalmasına səbəb olacağı və bunun təsirlərinin iqtisadiyyatda hiss olunacağı proqnozlaşdırılır.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью