Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb. Telakanal daxili kəşfiyyat xidməti "MI5" tərəfindən parlament nümayəndələrinə göndərilən məktuba istinadən bildirib ki, Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi Londonun daxili işlərinə, qanunverici orqanın fəaliyyətinə qarışmağa cəhd göstərir:
"İcmalar və Lordlar Palatasının üzvləri ilə yanaşı parlamentin digər əməkdaşlarına, iqtisadçılara, analitik mərkəzlərdə işləyənlərə, geosiyasi məsləhətçilərə və ümumiyyətlə, hökumətdə çalışanlara casusluq təklifi irəli sürürlər. Məqsədləri açıqdır: Britaniyada müxtəlif vasitələrlə özlərinə tərəfdar yığaraq, mütəmadi məlumatlar toplayaraq, uzunmüddətli və peşəkar şəbəkələr qurmaq istəyirlər".
Kəşfiyyat xidmətinin xəbərdarlığına görə, Çin Britaniyada öz tərəfdarlarını onları "geosiyasi hesabatlar hazırlayan müstəqil məsləhətçi" adı ilə işə götürərək yığır: "Casusluğa razılıq verən şəxslər ötürdükləri hər məlumata görə ya nağd pulla, yaxud kriptovalyuta ilə ödəniş alırlar. Eyni zamanda, onlara "bütün xərcləri ödənmiş" Çinə səyahət paketi verilir".
"MI5" öz məktubunda Çin kəşfiyyatı lehinə "casus ovlayanların" adlarını da çəkib. Onlar "BR-YR Executive Search" şirkətindən Amanda Çu və "The Internship Union"un əməkdaşı Şirli Şendir. Öz növbəsində, Çinin Britaniyadakı səfirliyinin mətbuat katibi belə bir iddianı "uydurma və böhtan" adlandıraraq qətiyyətlə pisləyib.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. "İcmalar və Lordlar Palatasının üzvləri ilə yanaşı parlamentin digər əməkdaşlarına, iqtisadçılara, analitik mərkəzlərdə işləyənlərə, geosiyasi məsləhətçilərə və ümumiyyətlə, hökumətdə çalışanlara casusluq təklifi irəli sürürlər. Məqsədləri açıqdır: Britaniyada müxtəlif vasitələrlə özlərinə tərəfdar yığaraq, mütəmadi məlumatlar toplayaraq, uzunmüddətli və peşəkar şəbəkələr qurmaq istəyirlər".