Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin bəzi Avropa İttifaqı ölkələrinin Çin şirkətlərinə məxsus avadanlıqlara qadağa qoymaq addımları ilə bağlı ciddi narahatlığını ifadə edib. Bunu ölkənin Kommersiya Nazirliyinin sözçüsü He Yadon ənənəvi mətbuat konfransında bildirib. O qeyd edib ki, Çin texnoloji məsələlərin siyasiləşdirilməsinə və “milli təhlükəsizlik” anlayışının həddindən artıq genişləndirilməsinə qəti şəkildə qarşıdır: “Çin daim 5G texnologiyasının qlobal rəqəmsal iqtisadiyyatın inkişafı üçün vacib infrastruktur olduğunu, onun qurulması və istismarının bazar prinsiplərinə, texnoloji neytrallığa və beynəlxalq qaydalara uyğun aparılmalı olduğunu bəyan edib”.
XQ