Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pekin beynəlxalq ictimaiyyətin gözləntiləri, öz maraqları və ABŞ sənayesinin çağırışları əsasında Vaşinqtonla ticarət danışıqlarına razılaşıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyindən məlumat verilib.
"Çin qlobal gözləntilər, Çinin maraqları, ABŞ sənayesi və istehlakçılarının çağırışlarını nəzərə alaraq, ABŞ ilə əməkdaşlığa razılıq vermək qərarına gəlib", - deyə nazirlikdən bildirilib.
Nazirlik qeyd edib ki, Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen İsveçrədə ABŞ-nin maliyyə naziri Skott Bessent ilə danışıqlar aparacaq.