Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çin və ABŞ tarif artımları ilə bağlı qəbul etdikləri “dondurulma” qərarının müddətinin uzadıldığını elan ediblər.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp müvafiq sərəncamı imzaladığını təsdiqləyib.
“Mən indicə Çinə tətbiq edilən tariflərin daha 90 gün dayandırılmasını nəzərdə tutan sərəncam imzaladım. Sazişin bütün digər müddəaları eyni qalacaq”,-deyə Tramp bildirib.
Onu da qeyd edək ki, may ayında Cenevrə görüşündə tərəflər tarifləri 115 faiz azaltmaq barədə razılığa gəliblərmiş.
ELÇİN