Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Oktyabrda Parisdə “Li Auto”nun təqdimatı və satışları başlayacaq.
Avtosfer.az xəbər verir ki, 2 il əvvəl şirkətin rəhbəri Li Sianq qlobal “yürüşə” 2028-ci ildən tez çıxmayacağını bildirmişdi. İndi məlum olub ki, şirkət oktyabrın 13-də başlayacaq Paris avtosalonunda qlobal planlarını ictimailəşdirəcək.
Avropada satışlarda markanın adı qıəsaldılaraq sadəcə olaraq Li saxılanılıb. Parisdə satışa çıxarılacqa krossover Li 6 adlanacaq.
Elektromobil 87 kilovattlıq 800 voltluq batareya ilə təchiz edilib. Sürətli dolma zamanı 10 dəqiqəyə 500 kilometr gediş ehtiyatı toplaya bilir. Lakin gediş ehtiyatı məsələsində vəziyyət fərqlidir. Çin standartı ilə 720 kilometr olan gediş ehtiyatı Avropa normaları ilə yoxlanaraq 580-ə endirilib.
İşin daha maraqlı tərəfi vergilərlə bağlıdır. Bu avtomobil üçün Avropada 45 faiz idxal rüsumu tətbiq edilir.
Vüqar