Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Yeni qaydalara əsasən, Pekin şəhəri hüdudları daxilində pilotsuz uçuş aparatlarının istifadəsi qadağan ediləcək.
"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, dronların istifadəsinə nəzarətin sərtləşdirilməsi çərçivəsində may ayında artıq bu cihazların satışına qadağa qüvvəyə minib, onlara sahib olmaqla bağlı qadağa isə noyabrın ortalarından etibarən tətbiq olunacaq.
Qeyd olunur ki, Çin paytaxtının hakimiyyət orqanları təhlükəsizlik səbəblərini əsas gətirərək icazəsiz dron uçuşlarını qadağan edib və şəhərin inzibati ərazisini məhdudlaşdırılmış hava məkanı zonası elan edib.
Qaydalara son dəyişikliklər iyunun sonunda Pekində kiçik hava aparatının göydələnə çırpılmasından sonra edilib. Hadisə nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.
Bildirilir ki, noyabrın 15-dən etibarən Pekin ərazisində dronlara və ya onların əsas komponentlərinə sahib olmaq və onları saxlamaq qadağan ediləcək. Qaydalara əməl etməyən şəxslərin dronları müsadirə oluna, fiziki şəxslərə və şirkətlərə isə cərimə tətbiq edilə bilər. Dronların digər şəhərlərdən, o cümlədən turistlər tərəfindən Pekinə gətirilməsi də qadağandır.