Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan-Ermənistan-ABŞ arasında sazişlər Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Bakı-Moskva münasibətlərinin yoluna qoyulması üçün cəhdlərini stimullaşdırdı, həmçinin ikitərəfli görüşlər baş tutdu.
Bu isə hər iki ölkənin liderləri səviyyəsində baş tutacaq görüşlə gərginliyin aradan qalxacağı təəssüratı yaratdı.
Axar.az xəbər verir ki, hazırkı məqamda İlham Əliyevin Rusiyaya, Putinin isə Azərbaycana səfəri real görünmür, o cümlədən, Rusiya lideri məlum səbəblərdən beynəlxalq tədbirlərdə də heç də aktiv iştirak etmir.
Buna görə də Çində keçirilən “ŞƏT+” sammiti və Pekində baş tutan parad yaxın perspektivdə Putin və Əliyevin birgə iştirak etdiyi azsaylı tədbirlərdən idi və ikitərəfli görüş üçün bu tədbir ideal fürsət sayıla bilərdi.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da Putinin Əliyevlə görüşməkdə maraqlı olduğunu açıq şəkildə mediaya elan etmişdi.
31 avqustda, liderlər Çinə səfərə hazlaşarkən Peskov bildirdi: “Ümid edirəm ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev sabah ŞƏT sammiti çərçivəsində görüşmək imkanı əldə edəcək”.
Kremlin sözçüsü özbaşına, şəxsi təşəbbüsü ilə bu “ümidi” ifadə edə bilməzdi: bu, Kremlin mövqeyi idi və deməli, Moskva görüş üçün təşəbbüs göstərirdi.