Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer və onun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfəri zamanı Pekində hallüsinasiyalara səbəb ola biləcək göbələk yeməkləri ilə tanınan restoranda nahar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Telegraph" qəzeti məlumat yayıb.
Məlumata görə, K.Starmerin Çin paytaxtındakı ilk dayanacağı "Yi Zuo Yi Wang" restoranı olub. Təxminən 140 nəfərdən ibarət nümayəndə heyəti restoranın bütün zalını əvvəlcədən rezerv edib və psixoaktiv təsir göstərə bilən szyanşoutsin adlı göbələk yeməyi də daxil olmaqla bir neçə xüsusi yemək sifariş edilib.
Nəşrin yazdığına görə, nahardan sonra Britaniya nümayəndə heyətinin üzvləri xatirə şəkilləri çəkdirib və bir-birlərini Çin Yeni ili münasibətilə təbrik ediblər. Kir Starmer isə restoran işçilərinə Çin dilində təşəkkür edib. Baş nazir qeyd edib ki, bu restoran ona Böyük Britaniyanın Çindəki səfiri Piter Uilson tərəfindən tövsiyə olunub.