Azertag saytına istinadən Icma.az xəbər verir.
Pekin, 14 oktyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində "Böyük Çin səddi-2026" terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir.
AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək tədbirin məqsədi terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək, təhlükəsizlik qüvvələri arasında qarşılıqlı etimadı artırmaq və yeni təhlükələrə qarşı praktiki imkanları inkişaf etdirməkdir.
Forumda Azərbaycan da daxil olmaqla, 62 ölkədən və beynəlxalq təşkilatdan 320-dən çox nümayəndə iştirak edir.
Çin Xalq Silahlı Polis Qüvvələrinin ev sahibliyi etdiyi forumda 4 seminar sessiyası çərçivəsində terrorizmlə mübarizədə praktiki əməkdaşlıqla bağlı fikir və təcrübə mübadiləsi aparılır. Gündəliyə pilotsuz sistemlər və “ağıllı” texnologiyalar vasitəsilə həyata keçirilən terror fəaliyyətlərinin tendensiyaları, eləcə də buna uyğun olaraq terrorizmlə mübarizə potensialının gücləndirilməsi kimi mövzular daxil edilib.
Forumun təşkilatçıları üçün hərbi təlim nümayişlərinə baxış və pilotsuz avadanlıqlarla tanışlıq da nəzərdə tutulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin