Pekindən Trampa qəribə şərt: Həmin çıxışları azaldın!

16.04.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin rəsmiləri ABŞ-la tarif danışıqlarına razılıq vermək üçün şərtlərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

“Onlar üçün hörmət əsas amillərdən biridir. Yəni ABŞ Prezidenti Donald Trampın komandasının Çinə ünvanladığı təhqiramiz ifadələr azaldılmalıdır. Pekin düşünür ki, sərt bəyanatlar birbaşa Trampın fikirləridir. Amma Çin ticarət tarifləri və maraq dairəsinə daxil olan bəzi məsələlərdə Vaşinqtondan daha ardıcıl mövqe əldə etmək istəyir. Bu, ölkənin milli təhlükəsizliyinə, ilk növbədə Tayvanla münasibətlərə aiddir. Bir sıra yüksək çinli məmurlar da hesab edirlər ki, Birləşmiş Ştatlar Çinin texnoloji inkişafını qəsdən boğur”.

Agentlik qeyd edib ki, Çin rəsmiləri ABŞ-dan danışıqlar üçün rəsmi nümayəndə təyin etməsini gözləyir:

“Onlar Trampın danışıqlarda birbaşa iştirakına qarşı deyil”.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью