Pekindən Vaşinqtona mesaj: “Təzyiq siyasətini dayandırsın”

17.04.2025

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Çin ABŞ-dan təzyiq siyasətini dayandırmağı və qarşılıqlı hörmət əsasında danışıqlara başlamağı tələb edir”

Çin israr edir ki, ABŞ tariflərdən istifadə edərək şantaj siyasətini dayandırsın və bərabər əsasda dialoqa hazır olsun. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi He Yonqyan deyib.

"Tariflərin birtərəfli artırılması bütövlükdə ABŞ-ın təşəbbüsü ilə olub; problemi kim yaratdısa, onu həll etməlidir. Biz ABŞ-ın sərt təzyiq siyasətini dərhal dayandırmasını, şantaj və məcburiyyəti dayandırmasını və Çinlə fikir ayrılıqlarını qarşılıqlı hörmət əsasında bərabər dialoq yolu ilə həll etməsində israr edirik", - deyə bildirib.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, nazirlik Amerika tərəfi ilə işgüzar əlaqələr saxlayır: "Çinin mövqeyi həmişə aydın olub: biz ticarət və iqtisadi əməkdaşlıq məsələlərində Amerika tərəfi ilə məsləhətləşmələrə açığıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью