Pekinin Hörmüzdə təşəbbüs cəhdi

17.09.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Pekin İran və ABŞ-ni ən qısa zamanda İslamabad memorandumuna qayıtmağa çağırıb. Bu barədə yazan “Xinhua” xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar zamanı bildirib. ABŞ və İran arasında münaqişənin daha da uzanması tərəflərin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavab vermir – deyən Van İ-nin sözlərinə görə, Çin İran və ABŞ-ni rasional yanaşmanı və təmkinliyi qoruyub saxlamağa, ən qısa müddətdə İslamabad qarşılıqlı anlaşma memorandumuna qayıtmağa, indiyə qədər əldə olunmuş konsensus əsasında danışıqlar mexanizmini bərpa etməyə və məzmunlu məsləhətləşmələr aparmağa çağırır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью