Pekkanda şiş aşkarlandı

21.11.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir müddət əvvəl evində yıxılaraq xəstəxanaya yerləşdirilən Ajda Pekkanın bacısı, tanınmış müğənni Semiramis Pekkan haqqında üzücü xəbər yayılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, sənətçinin sol ağciyərində bədxassəli şiş tapılıb. Xəbəri təsdiqləyən Semiramis Pekkan hazırda müalicə olunduğunu bildirib.

O, müalicə prosesinin təsiri nəticəsində saçlarının töküldüyünü və buna görə parikdən istifadə etməyə başladığını qeyd edib.

Sənətçinin səhhəti ilə bağlı xəbərlər sosial mediada geniş müzakirə olunur.

Musa
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью