Pələng 22 yaşlı gənci parçalayıb

12.08.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Hindistanın mərkəzi Madhya Pradeş ştatında pələng meşədə mal-qara otaran kişini parçalayıb.

Bu barədə The Times of India yazır.

Nəşrin məlumatına görə, zolaqlı yırtıcının qurbanı Bichpura kəndinin 22 yaşlı sakini Dharmendra Sinqh olub. Əvvəlcə yırtıcı inəklərindən birini parçalayıb. Heyvanın ovunun yanında uzana biləcəyini bilməyən kişi hadisə yerinə yaxınlaşıb. Bu zaman pələng kolların arasından sıçrayaraq ona hücum edib.

Fermerin meyiti meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Onu yarılma üçün xəstəxanaya göndərdilər. Mütəxəssislər təhlükəli heyvanı axtarırlar.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью