Pələng 65 yaşlı qadını parçaladı

26.11.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistanda pələng keçi otaran 65 yaşlı qadını öldürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mumudalay qoruğunun yaxınlığındakı Mavanallah yaşayış məntəqəsində baş verib.

Naqiyammal adlı qadına hücum edən pələng onu öldürərək bir hissəsini yeyib. Hadisə yerinə gələn meşə təsərrüfatı departamentindən əməkdaşları qadının qalıqlarını aşkarlayaraq ekspertizaya təhvil veriblər.

Qeyd edək ki, adamyeyən pələngin axtarışlarına başlanılıb. Onun tutulması üçün bir neçə yerdə tələ quraşdırılıb.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью