Pələng baxıcısına hücum etdi

29.07.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hindistanda pələng ona daim qulluq edən baxıcısına hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Trivandrum şəhərində yerləşən "Ramaçandran" zooparkında baş verib.

Pələngin suyunu dəyişən baxıcı qəfildən heyvanın hücumuna məruz qalıb. Başından zərbə alan kişi zoopark işçilərinin sayəsində sağ qalıb və xəstəxanaya yerləşdirilib.

Heyvanxananın müdiri Mancu Devi əməkdaşın həyatı üçün təhlükə olmadığını bildirib.

Qeyd edək ki, bu cür hadisələr zooparklarda nadir hallarda baş verir. Devi gələcəkdə mümkün faciələrin baş verməməsi üçün müvafiq tədbirlər görəcəklərini də söyləyib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью