Pələng fotoqrafın kamerasını OĞURLADI

17.08.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Primorsk diyarında maraqlı hadisə baş verib. Amur pələngi alman fotoqraf Saşa Fonsekanın bahalı fotoavadanlığını götürərək naməlum istiqamətə aparıb.

Redaktor.az xəbər verir ki, hadisə barədə “Amur pələngi” mərkəzi məlumat yayıb.

Məlumata görə, vəhşi təbiət fotoqrafı pələngləri çəkmək üçün mağarada kamera tələsi quraşdırıb. Bir müddət sonra mağaraya girən pələng kameranı ağzına alaraq oradan uzaqlaşıb.

Beləliklə, fotoqrafın çəkiliş üçün qurduğu kamera bu dəfə pələngin özünün diqqətini çəkib. Avadanlığın harada olduğu isə hələ məlum deyil.

“Amur pələngi” mərkəzinin nümayəndələri hadisəni zarafatla “Sizin idi, bizim oldu” sözləri ilə şərh ediblər.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью