Pələng göbələk yığan 65 yaşlı kişini yedi

03.09.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistanın cəngəlliklərində yaşlı kişi pələngin qurbanı olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 65 yaşlı Manqru Lal Sarrat iki yoldaşı ilə göbələk yığmağa gedib. Onunla birlikdə gedənlərin sözlərinə görə, Sarrat pələngin hücumuna məruz qalaraq meşəyə sürüklənib.

Axtarış işçiləri ertəsi gün axtarışa başlayıblar və meşənin dərinliklərində adamın parçalanmış qalıqlarını tapıblar. Onun bədəninin yarısı yırtıcı tərəfindən yeyilmişdi. 

Qalıqları daşımaq üçün yol olmadığından 15 kilometr piyada getməli olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью