Pələng odun yığan qadını yedi

28.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Hindistanın Madhya-Pradeş ştatında pələng həmkəndliləri ilə odun yığan 45 yaşlı qadına hücum edərək onu yeyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Bhopal şəhəri yaxınlığında baş verib. Pələng Hindistan sakini Baxni Dinə hücum edib. Digər qadınlar kəndə qaçıblar.

Hadisə yerinə gələn axtarış qrupu qadının qalıqlarını tapıb. Məlumata görə, qadın üç gündə eyni pələngin ikinci qurbanıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью