Pələng polis əməkdaşını PARÇALADI

06.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Hindistanın şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatında pələng polis əməkdaşına hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Hindu" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə polis əməkdaşı Çikseng Manpangın işdən evə qayıdarkən baş verib. Şahidlərin sözlərinə görə, yırtıcı qəfil hücum edərək onu motosikletdən yerə salıb və meşəlik əraziyə sürüyüb.

Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Manpangın cəsədini ağacların arasında aşkar ediblər. Onun həyatını xilas etmək mümkün olmayıb.

Meşə təsərrüfatı əməkdaşlarının bildirdiyinə görə, artıq bir neçə aydır ki, iki pələng Mayudia şəhəri ərazisində dolaşır. Bu isə Roing–Anini avtomobil yolunun keçdiyi sıx meşə dəhlizində təhlükəsizliklə bağlı ciddi narahatlıq yaradıb.

Baş verənlərlə əlaqədar yerli hakimiyyət orqanları sakinlərə xəbərdarlıq edərək, təhlükəli ərazidən piyada və ya iki təkərli nəqliyyat vasitələri ilə hərəkət etməməyi tövsiyə ediblər. Vəhşi təbiətin mühafizəsi üzrə mütəxəssislərə pələnglərin tutularaq daha təhlükəsiz əraziyə köçürülməsi tapşırılıb.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью