525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Misirdə sirkdə çıxış zamanı ağ pələng işçilərdən birinə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə aprelin 1-i Tanta şəhərində baş verib.
Anusa Kouta adlı təlimçi qadın pələnglə çıxışı zamanı işçilərdən biri ehtiyatsızlıq edərək əlini dəmir hasardan içəri salıb.
Bunu görən pələng ona hücum edərək əlindən yapışıb. Baş verənlər tamaşaçıları qorxuya salıb.
Təlimçilərin köməyi ilə işçini pələngin ağuşundan qurtarmaq mümkün olub.
Qeyd edək ki, təcili xəstəxanaya çatdırılan yaralının üzərində 4 saatdan çox əməliyyat aparılsa da, həkimlər sonda onun əlini amputasiya etməli olublar.
L.Tağıyeva Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.