525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanda meşəlik ərazidə qoyun otaran çoban pələngin hücumuna məruz qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Seoni əyalətinin Pindray meşə massivində baş verib.
Rampuri kəndinin sakini, 62 yaşlı Summar Lal pələngin şikarına çevrilib. Həmkəndliləri onun cəsədini bir qədər aralıdan tapıblar.
Meşə təsərrüfatının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.
Qeyd edək ki, mərhumun ailəsinə 800 min rupi (təxmini 14 min manat) təzminat ödənilib.
L.Tağıyeva