“Pələnglər Circus” Sea Breeze də FOTO/VİDEO

29.05.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Doğru.az xəbər verir ki, məşhur “Pələnglər Circus” kollektivi artıq Azərbaycandadır. Onların bu dəfəki məskəni Xəzərin sahilində yerləşən məşhur “Sea Breeze” istirahət kompleksidir.

Sirkin çıxışları hələ başlamasa da, heyət artıq yerləşərək hazırlıqlara start verib. Sirk heyvanlarının və artistlərin saxlandığı xüsusi məkanlar, texniki avadanlıqlar və logistika baxımından yaradılmış şərait kameramızın obyektivinə tuş gəlib. Foto və video görüntülərdən aydın görünür ki, təhlükəsizlik və qayğı məsələləri yüksək səviyyədə təşkil olunub.

Qeyd edək ki, “Pələnglər Circus” dünya üzrə tanınan vəhşi heyvanlarla çıxış edən nadir sirklərdən biridir. Onların Azərbaycanda hansı tədbir və ya şou üçün hazırlaşdığı hələlik açıqlanmasa da, böyük marağa səbəb olub. İzləyicilər yaxın günlərdə şounun detalları və biletlərlə bağlı məlumatın paylaşılmasını səbirsizliklə gözləyir.

“Pələnglər Circus” heyətinin yerləşdiyi məkanla bağlı eksklüziv görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью