Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanın Valmiki Pələng Qoruğunda son iki ay ərzində pələng hücumları nəticəsində dörd nəfər həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, “Times of India”nın məlumatına görə, sonuncu qurban Salma Xatun olub.
O, mal-qarası üçün yem toplamaq məqsədilə meşəyə girib. Bu zaman yaxınlıqda gizlənən pələng qadına hücum edib. Hadisə yerinə gələn meşə gözətçiləri onun həyatını xilas edə bilməyiblər.
Bundan əvvəl avqustun 15-də Vijay Haldar qoruq ərazisində mal-qarası üçün yem toplayarkən pələngin hücumuna məruz qalaraq ölüb.
İyulun 31-də tarlada işləyən Umravati Devi pələngin hücumuna məruz qalıb. İyulun 30-da isə keçi otaran bir kişi yırtıcının hücumu nəticəsində həyatını itirib.
Beləliklə, qoruqda iki ay ərzində pələng hücumları nəticəsində ölənlərin sayı dördə çatıb.
Murad İsmayıl