Pələnglər şirlər ə qarşı

25.10.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında 9-cu turu başa çatır. Sport24.az xəbər verir ki, ünün ilk qarşılaşması yevlaxda baş tutacaq. 

"İmişli" "Şamaxı"nı qəbul edir. Hazırda aktivində 7 xal olan nominal meydan sahibləri turnir cədvəlinin 9-cu, qonaqlar isə 13 xalla 7-ci pilləsində qərarlaşıb. "Pələnglər" bu gün qalib gələcəyi təqdirdə mövqeyini bir qədər yaxşılaşdıra bilər. Daha dəqiq desək, bölgə klubu "Sumqayıt"ı ötərək, 8-ci yerə yüksələcək. "Şirlər" 3 xal qazanacağı halda xallarının sayını 16-ya çatdırmaqla, 5-ci pillədə olan "Zirə" ilə xallarının sayını bərabərləşdirəcək.

Qeyd edək ki, dünən baş tutan görüşlərdə "Kəpəz" səfərdə "Şəfa"nı 2:1 hesabı ilə mğlub edib. "Neftçi" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Misli Premyer Liqası

I dövrə, IX tur

15:00. "İmişli" - "Şamaxı"

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev 
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov 
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax. Şəhər stadionu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью