Pelleqrini Betis də tarix yazdı Rekord

25.04.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Çilili baş məşqçi Manuel Pelleqrini "Betis"sə tarixi nəticə əldə edib.

Fanat.Az xəbər verir ki, komandası İspaniya çempionatının son turunda "Valyadolid"i 5:1 hesabı ilə darmadağın etdikdən sonra Pelleqrini bu klubun sükanı arxasında 118-ci qələbəsini qazanıb.

O, bunu 248 matçda əldə edib. 

Təcrübəli mütəxəssis "Betis"in baş mə,qçisi kimi 117 qələbə qazanan "Barselona"nın keçmiş oyunçusu Lorenso Serra Ferrerin nailiyyətini üstələyib. Serraya 117 qələbə üçün 263 matç lazım olmuşdu. Beləliklə, Ferrerin 20 illik rekordu Qırılıbb.

Seviliya klubu hazırda La Liqada 5-ci yerdədir.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью