Pelleqrino istefaya göndərildi

11.11.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın “Hoffenhaym” klubu baş məşqçisi Pelleqrino Materatsonla yolları ayırıb.

QOL.az Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın uğursuz çıxışları klub rəhbərliyinin bu qərarına səbəb olub.

Qeyd edək ki, “Hoffenhaym” 10 turdan sonra 9 xalla Almaniya Bundesliqasında 15-ci sırada qərarlaşıb. Amerikalı mütəxəssis 2023-cü ilin yayından "Hoffenhaym"ı çalışdırırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью