Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi məhkəmə tərəfindən bir günlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, həbsxanada təxminən 40 dəqiqə vaxt keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TMZ nəşri Napa dairəsi həbsxanasının qeydlərinə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, 86 yaşlı Pelosi noyabrın 16-sı səhər saat 10:28-də cəzaçəkmə müəssisəsinə daxil olub və saat 11:04-də sərbəst buraxılıb. Onun həbsxanada bu qədər qısa müddət qalması, hadisə yerindən qaçdığı yol-nəqliyyat hadisəsi ilə bağlı iş üzrə əldə edilmiş razılaşmanın (təqsiri etiraf etmə müqabilində cəzanın yüngülləşdirilməsi) nəticəsi olub.