Pənah Hüseynin partiyası da seçkilərdə iştirak edəcək

03.12.2024

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası bələdiyyə seçkilərində iştirak edəcək.

Modern.az-ın məlumatına görə, bununla bağlı AXP İdarə Heyəti qərar qəbul edib.

Bildirilib ki, AXP-nin yerli strukturları seçkilərdə iştirak haqqında və namizədlərin irəli sürülməsi haqqında müzakirələr aparıb namizədlərin müəyyənləşdirilməsi barədə siyasi qərarlar verməkdə sərbəstdirlər.

Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью