Pənah Hüseynin partiyasına dövlət pul ayırıb MƏBLƏĞ

26.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasına dövlətdən maliyyə vəsaiti ayrılıb.

Bu barədə Modern.az-ın partiya sədrinin özü məlumat verib.

O qeyd edib ki, maliyyə vəsaiti hələlik hesaba köçməyib.

"Qanuna uyğun olaraq bir il üçün səhv etmirəmsə, 3400 manat ayrılıb. Hələki bu vəsait partiyanın hesabına köçməyib. Yəqin ki, Maliyyə Nazirliyi bu barədə məlumat verəcək", - Pənah Hüseyn bildirib.

Xatırladaq ki, sentyabrın 1-də keçirilən parlament seçkilərində iştirak edən və parlamentə düşə bilməyən bütün partiyalara maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

“Cebheinfo.az” 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью