Penalti kimi dəyərləndirilmədi, aldığı zərbədən Mikelsin ayağı şişdi FOTOLAR

03.04.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bildirdiyimiz kimi, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçında keçirilən "Neftçi" - "Sabah" (1:2) matçından sonra qonaqların baş məşqçisi Vasili Beruzitski mətbuat konfransında oyunun hakimlərindən narazı olduğunu qeyd edib.

Sportal.az xəbər verir ki, əsas müzakirə mövzusu oyunun uzatma dəqiqələrində yaşanan epizod olub. Belə ki, "Neftçi"də Yuri Matias rəqib futbolçu Coy Lens Mikelsə qarşı cərimə meydançasında kobud oynasa da, hakimlər bu epizodu penalti kimi qiymətləndirməyiblər. 

Oyundan sonra yayılan fotolarda açıq-aşkar Mikelsin aldığı zərbədən ayağının şişdiyi görünür. Həmin epizodu və fotoları sizə təqdim edirik:

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью