Penalti zərbəsini kim daha dəqiq yerinə yetirir? SİYAHI

31.08.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

IFFHS XXI əsrdə ardıcıl ən çox penalti zərbəsini dəqiq yerinə yetirən futbolçuların siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, bu həftə Almaniya kubokunda "Vehen"lə oyunda onbirmetrlik zəbədən yararlana bilməyən "Bavariya"nın forvardı Harri Keyn uğurlu seriyasını dayandırıb.

O, 2023-cü ilin martı ilə 2025-ci ilin avqustu arasında klub və milli komandalar səviyyəsində 31 penalti zərbəsini ardıcıl dəqiq yerinə yetirərək XXI əsrin rekordçusudur.

Keyndən əvvəl bu göstəricidə lider Kriştiano Ronaldo, Santi Kazorla və Romelu Lukaku olublar: onların hər biri ardıcıl 26 penaltini dəqiq yerinə yetirmişdi.

XXI əsrdə ardıcıl ən çox penalti zərbəsini dəqiq yerinə yetirən futbolçular:

Futbolçu

Ölkə

Qol

Dövr

1

Harri Keyn

İngiltərə

31

11.03.2023-27.08.2025

2

Kriştiano Ronaldo

Portuqaliya

26

27.02.2010-25.04.2012

Santiaqo Kazorla

İspaniya

26

11.04.2019-24.04.2023

Romelu Lukaku

Belçika

26

31.08.2017-16.10.2023

5

Robert Levandovski

Polşa

24

23.05.2015-17.02.2018

6

Alfred Finnboqason

İslandiya

24

14.04.2013-12.09.2020

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью