Penalti zərbəsini sinəsi ilə qaytaran 16 yaşlı qapıçı vəfat edib

16.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Braziliyanın Amazonas əyalətinin həvəskar komandasının 16 yaşlı qapıçısı Edson Lopes Qama məşq zamanı sinəsi ilə penalti zərbəsini qaytararkən vəfat edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, top futbolçunun döş sümüyü ilə diafraqma arasındakı nahiyəyə dəyib.

Güclü zərbə qapıçının yerə yıxılmasına və şiddətli ağrı yaşamasına səbəb olub. Təcili yardım maşını ilə 11 saat ərzində xəstəxanaya aparılan qolkiperin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisəyə qədər Edson Lopes Qamanın ürək xəstəliyi olmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью